Cəmiyyət

Sumqayıtda xəstə baş həkimi döydü

Sharing is caring!

Sumqayıtda xəstəxanada insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt Psixiatrik Xəstəxanasında qeydə alınıb.

Tibb müəssisəsində müalicə alan xəstələrdən biri baş həkim Elzivar Bəbirovun kabinetinə daxil olaraq ona hücum edib. O, baş həkimə zərbələr endirərək onu döyüb.

E.Bəbirov üzləşdiyi hadisə barədə polisə müraciət edib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir