Dünya

Zelenski G7 sammitinə dəvət olundu

Sharing is caring!

2023-cü ildə G7 qrupuna sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenskini fevralın 24-də qrupun onlayn sammitində iştirak etməyə dəvət edib.

Məlumata görə, qarşıdan gələn onlayn görüşdə Zelenskinin birliyin mayın 19-21-də Xirosimada keçiriləcək əyani sammitinə dəvət olunması məsələsi qaldırıla bilər.

G7 liderlərinin danışıqları 2023-cü ildə Yaponiyanın sədrliyi ilə keçiriləcək ilk danışıqlar olacaq. Görüşdə tərəflər Rusiyaya qarşı sanksiyaların və Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı mövqelərini əlaqələndirməyi planlaşdırırlar. Danışıqların mövzuları arasında Ukraynada infrastrukturun bərpası və sabit enerji təchizatının təmin edilməsi də ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir