Dünya

NATO-nun baş katibi Yens Stoltenberq Ərdoğanla görüşəcək

Sharing is caring!

NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Stoltenberq NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında məlumat verib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmək, həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün sabah Türkiyədə olacağam”, – deyə o bildirib.

Stoltenberq görüş zamanı NATO və müttəfiqlərin yardımlarının koordinasiyasını da qiymətləndirəcəyini bildirib.

O, Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı verdiklərini və dəstəklərini ifadə etdiklərini vurğulayıb.

Baş katib dünən NATO Müdafiə Nazirləri Toplantısını bir dəqiqəlik sükutla açdıqlarını xatırladaraq Türkiyəyə verdikləri dəstəyə görə müttəfiqlərə təşəkkür etdiyini bildirib.

“Bu gün Müdafiə Nazirləri Toplantısını da bütün müttəfiqləri dəstəyi və strateji yardımı artırmağa çağırmaqla bitirdim”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir