Dünya

Tramp FTB-ni gestapo ilə müqayisə etdi

Sharing is caring!

Keçmiş ABŞ prezidenti ölkə Federal Təhqiqatlar Bürosunu (FBI) Gestapo (Almaniya nasistlərinin gizli polisi – red.) ilə müqayisə edib.

Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mar-a-Laqo basqını zamanı “Gestapo”nun ələ keçirdiyi qondarma “sənədlərin” bir çoxu çox ucuz və tamamilə adi qovluqlar idi, üzlükləri möhürlənmişdi. Qovluqlarda heç nə yox idi, çünki Oval kabinetdə keçirilən brifinqlərdən sonra kağızlar qaytarıldı, amma qovluqlar qalırdı”, o, bildirib.

Tramp vurğulayıb ki, qovluqları saxlamasında heç bir qanun pozuntusu görmür. “Bunlar sənəd deyil. Bu insanlar sadəcə problem axtarırlar! Baydenin məxfi sənədlərini yoxlayın”, – eks-prezidenti çağırış edib.

Xatırladaq ki, ötən il avqustun 8-də FTB Trampın Mar-a-Laqodakı malikanəsinə basqın edərək yoxlama aparıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir