Dünya

Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”

Sharing is caring!

Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.

“Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Ona görə də əsas məsələ onların alyansa birlikdə qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”, – baş katib deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir