Dünya

AFAD sədri dağıdıcı zəlzələdə həlak olan heyət üzvlərindən danışdı – FOTO

Sharing is caring!

Kahramanmaraş vilayətində iki böyük zəlzələdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 10 əməkdaşı həlak olub.

Bu barədə AFAD sədri Yunus Sezər sosial şəbəkə hesabından xəbər verib.

O, həmin AFAD üzvlərinin kimliklərini açıqlayıb və illərlə çiyin-çiyinə çalışdığı bu insanların hər zaman qəlblərdə yaşayacaqlarını bildirib.

“Fədakar dostlarımıza və böyük fəlakətdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, yaralılarımıza şəfalar diləyir, əziz xalqımıza başsağlığı veririk”, – deyən Y.Sezər əsrin ən böyük fəlakətində doğma və yaxın insanların itirilməsindən dərin kədər hissi keçirdiyini bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir