Dünya

Braziliyada yeniyetmə məktəbə “Molotov kokteyli” atdı

Sharing is caring!

Bazar ertəsi Braziliyanın San-Paulu əyalətində bir yeniyetmə əldəqayırma partlayıcı qurğunu məktəbin pəncərəsindən içəri atıb.

Polis insident nəticəsində xəsarət alanların olmadığını bildirib.

Cinayət əməlini törədən təhsil müəssisəsinin on yeddi yaşlı məzunu saxlanılıb. Onun qolunda üzərində svastika işarəsi olan sarğı olub. Həmçinin, gəncin üzərində “Molotov kokteyli” və balta aşkar edilib.

Məktəbdə dərslərə bir günlük ara verilib.

Hücum edənin motivləri araşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir