Dünya

BMT TŞ Suriyaya humanitar yardım üçün toplanıb

Sharing is caring!

BMT Təhlükəsizlik Şurası zəlzələdən sonra Suriyanın humanitar yardımı ilə bağlı vəziyyəti müzakirə etmək üçün bazar ertəsi iclas keçirib.

Bu barədə Təhlükəsizlik Şurasının yenilənmiş iş proqramında deyilir. Məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.

Görüşdə Türkiyə ilə Suriya arasında sərhəddə əlavə keçid məntəqələrinin açılması müzakirə olunub. Bu təşəbbüslə Qərb ölkələri çıxış edib. Onlar Bab əl-Havada indiki keçid məntəqəsindən əlavə, ən azı bir və ya daha iki keçid məntəqəsinin açılmasını təklif ediblər.

BMT Təhlükəsizlik Şurasının sədri və Maltanın daimi nümayəndəsi Vanessa Frezyer bazar ertəsi jurnalistlərə bildirib ki, məntəqələrin açılması ilə bağlı hər hansı qətnamənin nəzərdən keçirilməsinə hələ başlanmayıb.

Xatırladaq ki, ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü iki əlavə keçid məntəqəsinin açılmasına dair qətnamənin səsverməyə çıxarılmasına çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir