Dünya

NATO Rusiya – İran hərbi əməkdaşlığını müzakirə edir

Sharing is caring!

Şimali Atlantika Alyansı ölkələri Rusiya-İran əlaqələrinin hərbi sahədə güclənməsini müzakirə edir və Tehranı Moskvadan dəstəyini geri çəkməyə çağırmağa davam edəcək.

Bu barədə bazar ertəsi ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit onlayn brifinqdə bildirib.

Jurnalistlər ondan Ukraynadakı müharibə fonunda Rusiya ilə İran arasında hərbi əlaqələrin dərinləşməsinə münasibət bildirməyi xahiş ediblər.

“Bu, açıq-aydın hamımızı narahat edən vəziyyətdir. Bu, alyans daxilində müzakirə mövzularından biridir”, – daimi nümayəndə cavab verib.

O əlavə edib ki, NATO müharibə ilə bağlı Rusiyaya dəstəyin təhlükəsi barədə İrana siqnallar göndərməyə davam edəcək.

Smit qeyd edib ki, hərbi blok İran PUA-larının Rusiya tərəfindən getdikcə daha çox istifadə edildiyini yaxından izləyir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir