Dünya

Türkiyədə 100 saat dağıntılar altından qalan qadın xilas edildi – VİDEO

Sharing is caring!

Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.

Kahramanmaraş şəhərində zəlzələnin 100-cü saatında çökən binadan gənc qadın xilas edilib.

Qadın dərhal xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Digər oxşar hadisə zəlzələdən ən ciddi zərər çəkən Hatayda yaşanıb. 95 saatdan sonra dağıntılar altından yeddi yaşlı Asya Dönmez adlı azyaşlı xilas edilib.

Asya Dönmez həkim nəzarəti altında xəstəxanaya çatdırılıb.

Hatayda dağıntılar altından sağ çıxarılan digər zərərçəkən isə yaş yarımlıq Sela adlı körpədir. Selanın 96 saat dağıntılar altında qaldığı bildirilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir