Dünya

Üçqat “Oskar” mükafatçısı vəfat etdi

Sharing is caring!

Amerikalı pianoçu və bəstəkar, üç dəfə “Oskar” mükafatı laureatı Bert Baxaraç 94 yaşında vəfat edib.

Məlumata görə, o, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Britaniya Yayım Korporasiyası BBC onu 20-ci əsrin ən yaxşı bəstəkarlarından biri adlandırıb.

Baxaraç “Casino Royale” (1967), “Butch Cassidy and the Sundance Kid” (1969) və “Artur” (1981) filmlərindəki musiqilərin müəllifidir. Məhz bu əsərləri ona Amerika Kino Akademiyasının müakfatlarını qazandırıb.

Bununla yanaşı, bəstəkar “Qızıl Qlobus” və Qremmy” mükafatlarının sahibi olub.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir