Dünya

Türkiyə ilə “Twitter”lə bağlı iclasdan sonra İlon Mask açıqlama verdi – FOTO

Sharing is caring!

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan “Twitter”in Qlobal Hökumətlə Əlaqələr rəhbəri Con Hyuz və “Twitter”in Türkiyə İctimai Siyasət direktoru Ronan Kostello ilə görüş keçirib.

Videokonfrans vasitəsilə keçirilən toplantıda “Twitter”də aparılan dezinformasiyaya qarşı atılacaq addımlar, o cümlədən yalan xəbərlər, saxta yardım kampaniyaları, saxta hesablar və yalan paylaşımlar müzakirə edilib, cəmiyyəti çaxnaşma və xaosa sürükləyə biləcək dezinformasiyaya qarşı sosial şəbəkənin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

Həmçinin iclasda Türkiyə tərəfindən “Twitter” rəhbərliyinə İnternetdə İşlənən Cinayətlərlə Mübarizə Qanunundan irəli gələn öhdəlikləri, xüsusilə sosial mediada dezinformasiyanın qarşısını almaq üçün fəal əməkdaşlığı xatırladılıb.

Xatırladaq ki, Türkiyədə “Twitter” və “TikTok”a giriş məhdudlaşdırılıb. Məlumata görə, bu addım reallığa uyğun olmayan informasiyaların qarşısını almaq üçün atılıb. 

“Twitter”in sahibi İlon Mask isə verdiyi açıqlamada, məsələ barədə daha ətraflı məlumat əldə etməyə çalışdığını deyib, ancaq təfərrüatı açıqlamayıb. O, həmçinin Türkiyə hökumətinin yaxın vaxtlarda tam girişin bərpa olunacağı barədə “Twitter”i məlumatlandırdığını deyib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir