İdman Manşetüstü

Uels yığmasının futbolçusu: “Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”

Sharing is caring!

“Azərbaycanla görüş qalib gəlməli olduğumuz mühüm oyundur”.

XəbərAl.az “County Press” portalına istinadən xəbər verir ki, bunları Uels yığmasının futbolçusu Kris Mefam sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı evdə keçirəcəkləri oyun haqda danışarkən deyib.

İngiltərənin “Bornmut” klubunda çıxış edən 21 yaşlı müdafiəçi erkən qol vurmağın onlar üçün önəmli olduğunu bildirib: “Cümə günü qalib gəlməyə qadir olduğumuzu bilirik. Bunu bacaracağımıza və irəli gedəcəyimizə ümid edirəm. Ancaq bu qarşılaşmaya meydana çıxaraq, rəqibi asanlıqla məğlub edə biləcəyimiz matç kimi baxa bilmərik. Önəmli olan olan oyuna düzgün yanaşmaq, azarkeşlərimizin və futbolçuların əsəblərini sakitləşdirəcək erkən qol vurmaqdır”.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya kollektivi ilə “Bakcell Arena”dakı qarşılaşma isə saat 20:00-a təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir