Dünya

BAKU TV Qaziantepdən son məlumatları çatdırır – VİDEO

Sharing is caring!

Baku TV-nin Türkiyədə olan əməkdaşı Qaziantepdə axtarış-xilasetmə işlərinin vəziyyəti barədə son məlumatları çatdırıb.

Jurnalist qeyd edib ki, onun olduğu Ayşe Mehmet Polat məhəlləsindəki dağıntılar altından səhər saatlarında 3 nəfər xilas edilib.

“Zəlzələnin 76-cı saatıdır. Kritik saatlardır. Hava soyuqdur, həm də dağıntıların miqyası genişdir.

Ona görə də xilasetmə işləri sürətlə aparılır. Dağılmayan binaların da uçma təhlükəsi var”, – deyə o əlavə edib.

O da bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin, eləcə də Silahlı Qüvvələrin xilasediciləri və tibb personalımız ərazidədir. 

“Yaxınlaşdığımız insanlar da azərbaycanlı olduğumuzu bilib, bizə təşəkkür edirlər”, – deyə vurğulanıb.

Ətraflı videoda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir