Mədəniyyət

Aksent Bakıda solo konsert proqramı ilə çıxış edəcək – FOTO/VİDEO

Sharing is caring!

Martın 4-də Heydər Əliyev Sarayında məşhur rumın ifaçı Aksentin solo konserti olacaq.

Xatırladaq ki, bu, ulduz ifaçının Azərbaycanın paytaxtına ilk səfəri deyil.

DJ Adrian Claudiu Sana 1999-cu ildə özünün pop-qrupunu ərsəyə gətirmək qərarına gəlib və yaratdığı qrupu “Akcent” adlandırıb. Musiqiçilər mahnılarını ingilis, fransız və ispan dillərində ifa ediblər. Qrup dinləyicilərinə xaus, avrodans, avrodisko, pop kimi janrlarda mahnılar təqdim edib. 2013-cü ildən qrupda tək qalan DJ elə Aksent adı ilə solo konsertlər verməyə başlayıb.

Sənətçinin məşhur trekləri arasında “Jokero”, “On And On”, “My Passion”, “Enigma”, “Amor Gitana” və başqalarını qeyd etmək olar.

Aksent Rumıniyanın 10 ən məşhur sənətçisindən biridir.

Onun “YouTube” platformasındakı 10 bəstəsi 100 milyona yaxın baxış toplayıb.

“Spotify”da hər ay ərzində üç-beş milyon istifadəçi onu dinləyir.

Biletləri iTicket.az saytından və onun Bakı şəhərində yerləşən kassalardan əldə etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir