Dünya

Ərdoğan: “Bir il ərzində dağılan binaların yerinə 2-3-4 mərtəbəli evlər tikiləcək” – VİDEO

Sharing is caring!

“Biz dövlətə sələmçilərin, fitnə salanların, talan törədənlərin fəaliyyətinə müdaxilə etmək hüququ verəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki çıxışında bildirib.

Türkiyə lideri bildirib ki, zəlzələ baş verən andan etibarən bütün dövlət qurumları səfərbər olunub.

“Məqsədimiz 1 il ərzində sökülən binaların yerinə 2-3-4 mərtəbəli evlər tikməkdir. Keçid dövründə vətəndaşlarımızın hər birinə 10 min lirə yardım(903 manat) pul yardımı edəcəyik”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, təbii fəlakəti siyasi istismar alətinə çevirmək istəyənlər də var.

“Mənim vətəndaşım bu sui-istifadəyə imkan verməyəcək”, – deyə R.T.Ərdoğan bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir