Dünya

İranda bəluclar SEPAH qüvvələrinin açdığı atəş nəticəsində avtomobildə diri-diri yanaraq kül olublar – VİDEO

Sharing is caring!

İranın İranşəhr şəhərində yanacaq daşımaqla ailələrini dolandıran 5 etnik bəluc SEPAH qüvvələrinin açdığı atəş nəticəsində 2 avtomobilin içində diri-diri yanaraq kül olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hadisə Horap və İranşəhr şəhərləri arasında baş verib. Şahidlərin bildirdiklərinə görə, ətrafdakı insanlar Yanğından Mühafizə İdarəsinə zəng etsələr də, idarənin işçiləri hadisənin onların fəaliyyət zonasına aid olmadığını bəhanə gətirərək yanğını söndürməkdən imtina ediblər.

Nəticədə hər iki avtomobilin alışaraq yanması nəticəsində 5 nəfər yanaraq ölüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir