Dünya

Naməlum şəxs ABŞ prezidentinin təyyarəsinin yerləşdiyi bazaya daxil olub

Sharing is caring!

ABŞ-də naməlum şəxs Co Baydenin xidmətində olan təyyarənin yerləşdiyi aviabazaya daxil olub.

Məlumatı aviabazanın nümayəndələri öz “Twitter” hesablarında dərc ediblər.

İnsident ABŞ-nin Merilend ştatında baş verib.

Aviabazaya daxil olan şəxsin qarşısını almaq üçün silahdan istifadə edilib, daha sonra o saxlanılıb.

Aviabazanın əmlakına dəyən ziyan barədə məlumat verilmir.

Hələlik naməlum şəxsin dövlətin xüsusi nəzarətində olan məkana hansı motivlərlə daxil olmağa cəhd etməsi açıqlanmır.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir