Dünya

Azərbaycandan Hataya gedən xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər – VİDEO

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Hatayda gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Oxu.Az-ın məlumatına görə, xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.

“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, – deyə FHN əməkdaşı bildirib.

O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.

“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, – deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yollanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir