Cəmiyyət

DİM sədri: “II qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur”

Sharing is caring!


“II qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur”.

“Report”un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Bizim əsas müsabiqə vəziyyətimiz elə dövlət sifarişli yerlərdədir. II qrupda həmin müsabiqə şərtinə uyğun nəticə göstərən hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Çünki ümumi plan yerləri və müsabiqəyə buraxılan şəxslərin sayını müqayisə edəndə görürük ki, plan yerləri daha çoxdur. Amma bu o demək deyil ki, həmin yerlər boş qalacaq. Diqqətinizə çatdırım ki, plan yerlərini ikinci dəfə biz elan edəndə subbakalavrlar bu müsabiqəyə qoşulacaqlar. Bütün bu yerlər subbakalavrlar tərəfindən dolacaq”, – DİM sədri bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir