Dünya

Britaniya zadəganları Qrenadaya təzminat ödəyəcəklər

Sharing is caring!

Əvvəllər Qrenadada altı şəkər plantasiyasına sahib olan britaniyalı aristokrat Trevelian ailəsinin nümayəndələri Karib hövzəsi ölkəsinə keçmişdəki köləliyə görə maddi təzminat ödəyəcəklər.

“Mən öz gözlərimlə kölələrin cəzalandırıldığı plantasiyaları görmüşəm. Buna görə mən utanıram”, – deyə Laura Trevelian bildirib.

Ailə Qrenada və Şərqi Karib hövzəsinin iqtisadi inkişafı üçün ictimai fond yaratmaq məqsədilə 100 min funt sterlinqdən istifadə edəcək.

Məlumatına görə, 1833-cü ildə Britaniyada köləliyin ləğvindən sonra hökumət Trevelian ailəsinə 34 min funt sterlinq (müasir rəqəmlərlə təxminən 3 milyon funt sterlinq) məbləğində təzminat ödəyib, kölələr isə pul almayıb.

Laura Trevelian onu da əlavə edib ki, ailəsinin bir neçə üzvü fevralın sonunda Qrenadaya gedəcək və ictimaiyyətdən üzr istəyəcək.

Qrenada Milli Təzminat Komissiyası bu jesti təqdirəlayiq adlandırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir