Dünya

ABŞ Türkiyədən Rusiyaya məhsul ixracını dayandırmağı tələb edir

Sharing is caring!

ABŞ Türkiyə ilə danışıqlar zamanı Ankaradan Rusiyaya mal ixracını dayandırmağı tələb edib. İddiaya görə, həmin məhsullardan bəziləri Moskvaya müharibəni davam etdirməyə yardımçı olur.

Məlumata görə, ABŞ Maliyyə Nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən müavini Brayan Nelson Türkiyə rəsmiləri ilə danışıqlar aparıb. O bildirib ki, Türkiyədən Rusiyaya sanksiya tətbiq edilən on milyonlarla dollar dəyərində malların ixracı qeydə alınıb. Onların bəziləri Rusiya Federasiyası Müdafiə Nazirliyinin maraqları üçün istifadə edilə bilər.

Bildirilir ki, yaxın həftələrdə ABŞ və Avropa rəsmiləri bu məsələni müzakirə etmək üçün yenidən Türkiyəyə səfər etmək niyyətindədirlər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir