Dünya

Belçikalı valideynlər biletə görə körpələrini İsrailin hava limanında tərk ediblər

Sharing is caring!

İsrailin Təl-Əviv şəhərində Belçikadan olan valideynlər bileti olmadığı üçün təyyarəyə minə bilməyən körpəni qeydiyyat bölməsində qoyublar.

Brüsselə uçan təyyarəyə minmək üzrə olan həmin şəxslər övladlarına yeni bilet almamaqda israr ediblər. Onlar körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyub və pasport növbəsinə daxil olublar.

Hadisənin fərqinə varan İsrail polisi cütlüyü nəzarətə alıb.

Aviaşirkət rəsmilərindən biri bildirib ki, ilk dəfədir ki, belə bir hadisə ilə qarşılaşırlar.

Nəzarət zolağında qalan körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

İsrail polisinin sözçüsü bildirib ki, polis hadisə yerinə gələnə qədər problem həll olunub. “Körpə valideynlərinin yanında olub və heç bir araşdırma aparılmır”, – deyə o bildirib.

Mənbə: Jerusalem Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir