Cəmiyyət

DÜNYA AZƏRBAYCANIN REALLIQLARI İLƏ HESABLAŞIR

Sharing is caring!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından çox uğurlu oldu. Mən, uzun illərdir ki, cənab İlham Əliyevin çıxışlarını oxuyuram və dinləyirəm, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmamışam. Bu mətbuat konfransı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm önəmə malikdir. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Prezident həm də dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı xarici kütləvi informasiya vasitələrinin diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Prezident növbəti dəfə bildirdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.
Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu gün dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Hazırda dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi.
Qeyd edək ki, mətbuat nümayəndələri üçün konfransın əsas mövzularından biri Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı oldu. Prezident bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Hər iki ölkənin eyni dinə, dilə, oxşar mədəniyyətə və digər adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb. Bu gün heç də təəccüblü deyil ki, Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Qardaş ölkənin lideri Rəcəb Tayib Ərdoğan 44 günlük müharibənin ilk günlərindən açıqlamalar verib ki, Azərbaycan savaş meydanında tək deyildir, Türkiyə Azərbaycanın yanındadır. Bu mesajın mənası o idi ki, Azərbaycanın apardığı siyasətə, cəbhə bölgəsindəki əməliyyatların keçirilməsinə maneçilik törətməsinlər. Prezident qeyd edib ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır: “Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındandır. Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. O dedi ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır, bu mərkəz birmüddət çox önəmli bir alət olaraq qalacaqdır. Hazırda monitorinq mərkəzi fəaliyyət göstərir, bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Əcnəbi hərbçilərin regionda müşahidəçi olaraq qalması məsələsinə münasibət bildirən Prezident həmçinin bildirdi ki, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır.
Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu, onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu gün dünya ictimaiyyətinin də əsas diqqəti bu reallığın dərkinə yönəlib. O da tam həqiqətdir ki, hazırda dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Bunun əsas səbəbi odur ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını özünə qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı.
Məhz bununla qürurlanır və fəxr edirik ki, Vətənimizi dünyaya tanıtdıran liderimiz var.
Mənzilə Rəhimova
ADPU Cəlilabad filialı Pedaqoji fakültə dekanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir