Dünya

ABŞ ştatının rəsmi qoxusu olacaq – FOTO

Sharing is caring!

ABŞ-ın ştatlarından biri – Nyu-Meksiko dünyada öz rəsmi ətrinə malik ilk region olacaq.

Statın himn, bayraq, gerb və digər dövlət rəmzləri ilə yanaşı özünəməxsus qoxusu da olacaq. Bu, odda qovrulmuş çili bibərinin qoxusudur.

Yerli siyasətçilər əmindirlər ki, bu, Nyu-Meksikoya əbədi rəqib-qonşu – Kolorado ştatı ilə rəqabət aparmağa kömək edəcək.

Demokrat senator Bill Souls tərəfindən təqdim edilən qanun layihəsi artıq Hinduların İşləri, Kənd Təsərrüfatı və Mədəniyyət Məsələləri Komitəsi tərəfindən təsdiqlənib. Qanunun ümumi səsvermə ilə təsdiqlənəcəyi şübhə doğurmur.

Qeyd edək ki, məhz çili bibəri Nyu Meksiko ştatının “milli məhsulu” hesab olunur.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir