Kriminal manset

Bakıda axtarışda olan şəxs qadının 15 min manatını ələ keçirdi

Sharing is caring!

Bakıda dələduzluq etmiş şəxs tutulub.

XəbərAl.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15.000 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir