Dünya

Avropa komissarları Kiyevə gediblər – FOTO

Sharing is caring!

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Jozep Borrel və 14 əsas Avropa komissarı fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitindən əvvəl Ukrayna hökuməti ilə birgə görüş üçün Kiyevə gediblər.

“Biz Kiyevə Avropa İttifaqının bütün ukraynalılara dəstəyinin ən güclü siqnalını çatdırmaq üçün gəldik”, – deyə Borrel “Twitter”də yazıb.

O bildirib ki, münaqişənin başlanğıcından Aİ-nin Kiyevə yardımı 50 milyard avro təşkil edib.

Qeyd edək ki, Aİ-Ukrayna sammiti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir