Dünya

“Zaqreb Open”: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Sharing is caring!

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 92 kiloqram çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dən olan Kollin Raymond Mur ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcəklər.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir