Dünya

Qazaxıstanda Aİ-yə daxil olma məsələsi gündəmə gətirilir

Sharing is caring!

“Qazaxıstan Avropa inkişaf yolunu, dövlət-cəmiyyət münasibətlərində Avropa yanaşmalarını və həyat keyfiyyətinin Avropa standartlarını tətbiq etməlidir”.

Bu barədə Qazaxıstanın “Ak Jol” partiyasının lideri Azat Peruaşev XXI qurultayda çıxışı zamanı bildirib.

Peruaşevin sözlərinə görə, onlar həmçinin gələcəkdə Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsini qaldırmağı planlaşdırırlar.

“Ak Jol” partiyası uzunmüddətli perspektivdə təkcə Avropa yanaşmalarının tətbiqinin deyil, həm də gələcəkdə Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsinin gündəmə gətirilməsini düşünür”, – deyə Peruaşev bildirib.

Mənbə: Vlast.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir