Dünya

Əfqanıstanda soyuqdan ölənlərin sayı 170-ə çatıb

Sharing is caring!

Əfqanıstanda ən azı 170 nəfər anomal soyuq qış səbəbiylə hipotermiyadan ölüb.

Bunu ölkənin “Taliban” hökumətinin Fəlakətlərin İdarə Edilməsi və Humanitar İşlər Nazirliyi sözçüsü Şəfiullah Rəhimi bildirib.

Rəhiminin sözlərinə görə, ölənlərin arasında uşaq və qadınlar da var.

Bundan əlavə, Əfqanıstanın 34 əyalətindən 24-də son üç həftə ərzində daha 30 nəfər şaxta və qardan zərər çəkib.

Rəhimi qeyd edib ki, anomal hava şəraiti səbəbindən 150-dən çox yaşayış binası dağılıb, 80 mindən çox mal-qara tələf olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir