Dünya

Peruda avtobus uçurumdan aşdı, 25 nəfər öldü

Sharing is caring!

Peruda 60 sərnişini daşıyan müntəzəm avtobus uçurumdan aşıb.

Məlumata görə, avtomobil Panamerika magistralının 121-ci km-də, Talara əyalətində El Alto ilə Los Organosu birləşdirən hissədə uçuruma yuvarlanıb

Bildirilir ki, 25 nəfər qəzanın qurbanı olub.

İlkin versiyaya görə, sürücü yolun dik yamaclı hissəsində idarəetməni itirib.

Faciə gecə saatlarında baş verib. Polis qəzanın səbəblərini araşdırır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir