Dünya

ABŞ-də məktəbdə şagirdləri güllələdilər

Sharing is caring!

ABŞ-nin Ayova ştatının De-Moyn şəhərində üç nəfər aztəminatlı uşaqlar üçün nəzərdə tutulan məktəbin binasını atəşə tutub. Hadisə nəticəsində iki şagird həyatını itirib.

Polis məktəbdəki atışma ilə bağlı onlara məlumat verildiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə üç yaralı görüblər. Bunlar iki şagird və bir məktəb işçisi olub.

Məktəb binasını atəşə tutan üç nəfər qaçmağa çalışsalar da, onların avtomobili məktəbin yaxınlığında saxlanılıb. Hazırda saxlanılan şəxslər dindirilirlər.

Şagirdlərin yaraları ölümcül olub, məktəb əməkdaşının vəziyyəti isə stabil qiymətləndirilir.

Mənbə: NBC News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir