Dünya

Ukrayna silahlandırılır: Kiyevə yeni hücum gözlənilir? – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son günlər Belarusdan Kiyevə yeni hücumun olacağı ilə bağlı müzakirələr artıb. “İnsanlar arasında çox ciddi təşviş var. Hücumun fevral ayında gözlənildiyi bildirilir”, – deyə jurnalist qeyd edib.

Məlumata görə, Donetsk, Xerson və Zaporojye vilayətlərində ağır döyüşlər davam edir.

O da bildirilib ki, Baxmut və Soledar istiqamətində döyüşən Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçiləri Elçin Məmmədov və Sabir Əliyev həlak olublar. Donetsk vilayətində isə iki həmyerlimiz minaya düşüb. “Onların ikisi də həkimdir. Ziya Məmmədov ağır yaralanıb, qardaşı oğlu Aleksandr Məmmədov isə yerindəcə həlak olub”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir