Siyasət

Kerol: “Fransa problemimizin həlli ilə məşğul olmaq istəmir”

Sharing is caring!


“Bu gün bizim danışıqlar apardığımız vaxtda Fransa müstəmləkəçiliyi davam edir. İnsan həyatları təhlükəyə atılır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.

O, Azərbaycana səslərinin eşidlilməsinə dəstək verdiyinə görə təşəkkür edib:

“Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günləri Afrikadakı neokolonializm haqqında danışma imkanına sahibik. Biz onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən fransızlar tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib”, – deyə o əlavə edib. 

Kerol bildirib ki, bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir:

“Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa isə problemimizin həlli ilə məşğul olmaq istəmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir