Dünya

Polşalı general ukraynalı qaçqınlardan ibarət ordu yaratmağı təklif etdi: “Səfərbər edin və cəbhəyə göndərin”

Sharing is caring!

Polşa quru qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-polkovnik Valdemar Skjipçak ukraynalı qaçqınları səfərbər etməyi təklif edib.

O, bu barədə “wPolityce”ə nəşrinə müsahibəsində bildirib.

Skjipçak bildirib ki, NATO ilə birlikdə Polşa, Almaniya və Fransadakı ukraynalı qaçqınlardan ibarət ordu yaradılmalıdır.

“Burada olan Ukrayna vətəndaşlarını öyrədin – səfərbər edin, təlim keçin, cəbhəyə göndərin”, – deyə o bildirib.

Valdemar Skjipçak həmçinin bununla bağlı bir tarixi təcrübəni də xatırladıb. O qeyd edib ki, 1940-cı illərin əvvəllərində Fransada ordu formalaşdırılıb ki, bu ordu Polşa mühacirlərindən və faşist Almaniyası tərəfindən işğal edildikdən sonra Polşadan qaçanlardan ibarət olub.

“Niyə Polşada da bu şəkildə Ukrayna qoşunlarını yaratmayaq və cəbhəyə göndərməyək?” – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir