Dünya

İranda futbol meydançasına Rusiya prezidenti köməkçisinin helikopteri endi: Matçın startı ləngidi – VİDEO

Sharing is caring!

İranda futbol üzrə birinci liqanın matçının startı ləngiyib.

Buna səbəb Rusiya Prezidentinin köməkçisi İqor Levitinin helikopterinin gözlənilmədən stadionun meydançasına enməsi olub.

Hadisə Azərbaycanla həmsərhəd Gilan vilayətinin Astara şəhərində baş verib.

Levitin Astarada “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Rəşt-Astara dəmir yolunun açılışında iştirak edəcək.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir