Dünya

ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha beş ay uzadıb

Sharing is caring!

Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi bir milyard avro depozitin müddətini daha beş ay uzadıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq fonddan bildirilib.

“ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha beş ay müddətinə uzadılmasına qərar verilib”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında altı ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (beş ay) uzadılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir