Dünya

Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina edib?

Sharing is caring!

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

“Report” xəbər verir ki, bununla bağlı müraciət “Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Müraciət, əsasən, Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Getjiyə ünvanlanıb:

“Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O bu faktı danmır, sadəcə olaraq, pulu vermək istəmir. Castin Qetji, zəhmət olmasa, onun kirayə pulunu topla”.

Qeyd edək ki, Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri üzrə “UFC 286” turnirində qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir