Dünya

Avstraliyada tribunalara Rusiya və Belarus bayraqlarının gətirilməsinə qadağa

Sharing is caring!

Avstraliya Tennis Federasiyası (Tennis Australia) azarkeşlərə Avstraliya Açıq çempionatının tribunalarına Rusiya və Belarus bayraqlarını gətirməyi rəsmən qadağan edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Buna səbəb ukraynalı azarkeşlərin çoxsaylı şikayətləri olub.

Belə ki, rusiyalı tennisçi Kamilla Rəhimova ilə ukraynalı Katerina Beyndl arasında yanvarın 16-da baş tutan görüşdə tribunada Rusiya bayrağı qaldırıldığına görə, ukraynalı azarkeşlər 14 dəfə polis və təhlükəsizlik xidmətlərinə zəng edərək onları “Australian Open” stadionuna çağırıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir