Dünya

“Kainat Gözəli” müsabiqəsinin təşkilatçıları Qırğızıstandan üzr istəyib – VİDEO

Sharing is caring!

“Kainat Gözəli” (Miss Universe) gözəllik müsabiqəsinin təşkilatçıları aparıcının bu ölkənin adını düzgün tələffüz edə bilməməsinə görə Qırğızıstandan və onun nümayəndəsindən üzr istəyib.

Müvafiq video tədbirin “YouTube” kanalında yayılıb.

Təşkilat komitəsinin rəhbəri Emi Emmeriç bildirib ki, onların aparıcısı ilkin mərhələdə “Qırğızıstan”ı tələffüz edə bilməyib və tamaşaçılara məlumatları düzgün təqdim etməyib.

“Biz daha yaxşı işləməliyik. Bunun üçün heç bir bəhanə yoxdur və üzrxahlıq etmək istəyirik”, – deyə o bildirib.

Onunla birlikdə videoçarxda ölkəni müsabiqədə təmsil edən “Miss Qırğızıstan” Altınay Botoyarova da iştirak edib. Qız üzrxahlığı qəbul edib və məsələyə ciddi yanaşdıqları üçün təşkilatçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, Yeni Orleanda keçirilən beynəlxalq gözəllik müsabiqəsində ABŞ təmsilçisi R’Bonni Qabriel qalib gəlib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir