Dünya

Çində COVID bir ayda 60 min nəfərin ölümünə səbəb olub

Sharing is caring!

Çin səlahiyyətliləri 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19-dan 59 938 nəfərin öldüyünü müəyyən ediblər.

Eyni zamanda, onlardan 5500-ə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib. Təxminən 54 min nəfərdə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri daha da ağırlaşdırıb.

Ölənlərin orta yaşı 80-ə yaxın olub.

Çinli ekspertlər ölkədə xəstəliyin yayılmasının pik dövrünü artıq keçdiyini iddia edirlər.

Qeyd olunur ki, Çindəki statistika tibb müəssisələrindən kənarda COVID-19-un nəticələrindən mümkün ölüm hallarını nəzərə almır.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir