Dünya

Erməni keşişdən Xameneiyə dəstək: “Bu addım ermənilərin də ürəyini yaralayıb” – FOTO

Sharing is caring!

Fransanın “Charlie Hebdo” nəşrinin İran rəhbəri Əli Xameneinin karikaturasını yayması mollalarla yanaşı iranlı erməni din xadimini də özündən çıxarıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Güney Azərbaycanda yaşayan ermənilərin rəhbəri Azərbaycan Ermənilərinin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan bəyanat yayaraq Əli Xameneiyə dəstəyini ifadə edib.

 “Bu addım ermənilərin də ürəyini yaralayıb”, – deyə Fransa nəşrinin Xameneini təhqir etməsini pisləyən Qriqor Çiftçiyan bildirib.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı son sayında İran liderinin İranda ümumi etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc edib.

Karikaturalar arasında bir neçə iranlı karikaturaçı rəssamın da əsəri var.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir