Dünya

Ukrayna kəşfiyyatı: “Rusiya uzunmüddətli müharibəyə hazırlaşır”

Sharing is caring!

“Rusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Rusiya Baş Qərargahına yeni rəis təyinatı sübut edir”.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi xəbər verir.

“Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinə hazırlığı sübut edir”, – deyə kəşfiyyat məlumatında qeyd olunur.

Kəşfiyyatçıların fikrincə, bu tədbirlər Rusiya Silahlı Qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin Rusiya qüvvələri tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır.

“İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin edilməsi təkcə Rusiyanın hərbi uğursuzluqlarına deyil, həm də Rusiya Federasiyasının genişmiqyaslı, uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına dəlalət edir”, – bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna kəşfiyyatı yanvarın 15-də Rusiyanın yarım milyon nəfərlik səfərbərliyə başlayacağı barədə məlumat yayıb.

Mənbə: RBC-UKRAİNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir