Dünya

Amerikalı general Ben Hodces: “Krım yaxın aylarda təcrid oluna bilər”

Sharing is caring!

“Krım yarımadası Ukrayna üçün böyük əhəmiyyət kəsb edir, ona görə də Kiyev onun üzərində nəzarəti həyata keçirməyə cəhd edəcək”.

Bu barədə təqaüddə olan general və ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib.

“Krım həlledici əhəmiyyət kəsb edir… Düşünürəm ki, yaxın aylarda Ukrayna Baş Qərargahı Krımın təcrid olunması üzərində diqqəti cəmləyəcək”, – deyə amerikalı general qeyd edib.

Hodces hesab edir ki, Ukrayna Krım məsələsini təkbaşına həll edə bilməyəcək. Onun fikrincə, bu yalnız Qərbin dəstəyi ilə mümkün ola bilər.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir