Dünya

Polşa Ukraynaya “Leopard” tankları bölüyü verəcək

Sharing is caring!

Prezident Vladimir Zelenski Lvovda polşalı həmkarı Anjey Duda və litvalı həmkarı Gitanas Nauseda ilə görüşüb.

Görüşdən sonra Duda Polşanın beynəlxalq koalisiyanın tərkibində Almaniya istehsalı “Leopard” ağır tanklarından ibarət bir bölüyü Ukraynaya təhvil verəcəyini açıqlayıb.

Xatırladaq ki, Böyük Britaniyanın “Challenger 2” tanklarını Ukrayna Silahlı Qüvvələrinə ötürə biləcəyi ilə bağlı məlumatlar fonunda Polşa və Fransa Ukraynaya “Leopard” tanklarının tədarükünə başlamaq üçün icazə almaq məqsədilə Almaniyaya təzyiq göstərir.

Mənbə: telegraf.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir