Dünya

Bayden otağında tapılan gizli sənədlər barədə açıqlama verdi: “Söhbət mühafizə olunan ofisdən gedir” – FOTO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden ölkənin Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir.

Bayden bu barədə Mexikoda Şimali Amerika Sammitindən sonra Meksika və Kanada liderləri ilə birgə mətbuat konfransında bəyanat verib.  

O əmin edib ki, analitik mərkəzdə onun ofisində məxfi sənədlərin aşkarlanması ilə bağlı təhqiqat aparan Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir.  

“İnsanlar bilirlər ki, mən məxfi sənədlərə, məxfi məlumatlara çox ciddi yanaşıram. Vəkillərim ofisimdə yer-yığış etdikləri zaman qapalı şkafda qutunun içində bəzi sənədlər tapdılar”, – deyə Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, vəkillər sənədlərin məxfi olduğunu anladıqları zaman dərhal ABŞ Milli Arxivi ilə əlaqə saxlayıblar, sənədləri arxivə təhvil veriblər. Bayden vurğulayıb ki, söhbət mühafizə olunan ofisdən gedir.

“Bu barədə mənə məlumat verdilər. Bəzi dövlət sənədlərinin bu idarəyə çatdırıldığını öyrənəndə təəccübləndim. Amma bu sənədlərdə nə olduğunu bilmirəm. Vəkillərim mənə bu sənədlərdə nə olduğunu öyrənməyi tövsiyə etmədilər. Sənədlər olan qutunu arxivə təhvil verdik. Və biz araşdırma çərçivəsində tam şəkildə əməkdaşlıq edirik, ümid edirəm ki, bu tezliklə tamamlanacaq. O zaman daha ətraflı məlumat ala biləcəyik”, – deyə açıqlama verib.

Xatırladaq ki, Vaşinqton analitik mərkəzinin binasında Baydenin ABŞ-nin vitse-prezidenti olduğu dövrə aid gizli sənədlər tapılıb. Ağ Evin məlumatına görə, sənədlər Baydenin vəkilləri tərəfindən onun prezident seçkisində namizədliyini elan etməzdən əvvəl 2017-2019-cu illərdə istifadə etdiyi ofisdə aşkarlanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir