İqtisadiyyat

Pakistan səfiri İqtisadi Zonaların İnkişafı Agentliyində olub

Sharing is caring!

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan “İBL Qrup”un baş icraçı direktoru Seyid Nadim Əhmədlə görüşüb.

Oxu.Az xəbər verir ki, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Elşad Nuriyev pakistanlı iş adamlarını Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edib.

Görüşdə İBL şirkətinin sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, həmçinin Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir