Dünya

Buçada qurulmuş alaçıq Rusiya ilə Qazaxıstan arasında gərginliyə səbəb olub – FOTO

Sharing is caring!

“Qazaxıstan hökumətinin və diplomatlarının Ukraynanın Buça şəhərində qurulmuş “Məğlubedilməzlik alaçığı” heç bir əlaqəsi yoxdur”.

Bu açıqlama ilə Türkmənistanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov çıxış edib.

O qeyd edib ki, Qazaxıstanın Ukraynadakı səfirliyi bu prosesə qarışmayıb və alaçığın quraşdırılması şəxsi təşəbbüs olub.

“Bu, Ukrayna xalqına kömək etmək qərarına gələn qazax xeyriyyəçilərin şəxsi təşəbbüsüdür. Biz bunu şərh və ya qadağan edə bilmərik”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov deyib.

Məlumat üçün əlavə edək ki, “Məğlubedilməzlik alaçığı” Buça şəhərində açılmış sığınacaq məntəqəsidir. Alaçıqda müharibə şəraitində yaşayan buçalılara gündə üç dəfə isti yemək də təklif olunur.

Qeyd edək ki, bu təşəbbüs Rusiya hökuməti tərəfindən narazılıqla qarşılanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Astananın məsələyə aydınlıq gətirəcəyinə ümid etdiklərini söyləyib.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir