Dünya

Yeni Dehlidə qatar səfərləri təxirə salındı

Sharing is caring!

Hindistanın paytaxtı Yeni Dehlidə duman və küləyin, eləcə də soyuq havanın təsiri ilə hava çirkliliyi “təhlükəli” həddə çatıb.

Yeni Dehlidəki meteorologiya stansiyası şəhərin müxtəlif yerlərində beş gündür havanın temperaturunun 4 dərəcədən aşağı olduğunu açıqlayıb.

Duman və çiskin səbəbilə görmə məsafəsinin 25 metrə qədər azaldığı şəhərdə dəmir yolu nəqliyyatında fasilələr yaranıb, azı 29 qatar reysi təxirə düşüb.

Bəzi təyyarə reysləri hava şəraiti ilə əlaqədar müxtəlif şəhərlərə yönləndirilib, azı 50 reys gecikib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir