Dünya

Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı

Sharing is caring!

Tayvan hərbçiləri gün ərzində adanın yaxınlığında 57 Çin döyüş təyyarəsi və dörd hərbi dəniz gəmisi aşkar ediblər.

Bu barədə Tayvan hərbi departamentindən məlumat verilib.

Tayvan ətrafında hava və dəniz məkanının müşahidəsi yanvarın 8-i səhər saat 6-dan 9-u səhər saat 6-dək aparılıb.

Xalq Azadlıq Ordusunun 57 təyyarəsindən 28-i Tayvan Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında müşahidə olunub. Onlardan atlı “Shenyang J-11” qırıcısı, iki “Su-30” qırıcısı, iki “Chengdu J-10” qırıcısı və iki “Harbin BZK-005” kəşfiyyat təyyarəsi Tayvan boğazının orta xəttini keçib.

Daha iki “Xian H-6” bombardmançı və bir “Harbin BZK-005” kəşfiyyat təyyarəsi Tayvanın cənub-qərb və cənub-şərq hava hücumundan müdafiə sektorlarında uçuşlar həyata keçirib.

Bunların izlənilməsi üçün Tayvan təyyarələri havaya qaldırılıb, döyüş gəmiləri və hava hücumundan müdafiə sistemləri hərəkətə gətirilib.

Mənbə: “Taiwan News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir